13 C
Baku
Saturday, November 23, 2024

Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə şirkətlə bağlı iş qaldırılıb

Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin təşəbbüsü ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “XİM POLİMER” MMC barəsində iddia qaldırıb.

Banker.az xəbər verir ki, şirkət “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulmasında təqsirləndirilir.

Bildirilir ki, şirkət barəsində DGK-nin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən bir sıra malların rəsmiləşdirilməsi zamanı bəzi uyğunsuzluqların aşkar edilib və bununla bağlı 2 mart 2023-cü il tarixində araşdırılma aparılıb.

“XİM POLİMER” MMC 2014-cü ildə təsis edilib, 10 manat nizamnamə kapitalı var və ona Abbas Bəşirov Əvəz oğlu qanuni təmsilçilik edir.


“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi “İstehlakçıların çaşdırılması” ilə bağlıdır.

İkinci abzasında qeyd edilir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi.

Beşinci abzasında qeyd edilir: əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi.

 

Son xəbərlər
Digər xəbərlər