Dövlət Gömrük Komitəsinin əməkdaşı həbs olunub.
Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiq ediblər. Məlumata görə, o, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda zəruri istintaq tədbirləri icra olunur. İctimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fərid Usubovun saxlanılması barədə ilkin olaraq gününsesi.info məlumat yayıb.







