12 C
Baku
Saturday, November 23, 2024

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 3% artacaq

Dövlət Gömrük Komitəsi (DGK) üzrə büdcə daxilolmaları proqnoza görə ÜDM-in 5%-i həcmində olmaqla 5900 milyon manat nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Qeyd edək ki, bu göstərici 2023-cü ilin proqnozu ilə müqayisədə 172 milyon manat və ya 3%, 2022-ci ilin faktı ilə müqayisədə 245.4 milyon manat və ya 4.3% çoxdur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər