Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən general-leytenant Şahin Bağırovun əmri ilə gömrük xidməti polkovniki Səttar Fətəliyev vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Belə ki, Səttar Fətəliyev Dövlət Gömrük Komitəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi olub.
Qeyd edək ki, polkovnik Səttar Fətəliyevin anası da uzun illər Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışıb və hazırda isə təqaüddədir.