Dövlət Radiotezliklər İdarəsi “Kristal Abşeron” MTK-nı məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, Dövlət Radiotezliklər İdarəsi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Fərman Həmidlinin sədrliyi ilə araşdırılacaq. İşə Sumqayıt Kommersiya Məhkəməsində baxılır.
Xatırladaq ki, Dövlət Radiotezliklər İdarəsi 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16,02 milyon manatdır. İdarə ölkədə mülki məqsədlər üçün radiotezlik idarəçiliyini həyata keçirən dövlət təşkilatıdır.