9 C
Baku
Wednesday, December 4, 2024

Dövlət İmtahan Mərkəzi 2 milyon manatdan çox zərər açıqladı

Dövlət İmtahan Mərkəzi 2022-ci ili 2 milyon 317 min manat zərərlə başa vurub. 2021-ci ildə DİM-in zərəri 174 min manat olub ki, bu da illik müqayisədə 13.3 dəfə artım deməkdir.

Banker.az bu barədə DİM-in maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə Dövlət İmtahan Mərkəzinin əməliyyat gəlirləri 21 milyon 242 min manat, amortizasiya xərcləri 3 milyon 76 min manat, sığorta xərcləri 200 min 840 manat, maliyyə gəlirləri 12 min manat, maliyyə xərcləri 15 min manat təşkil edir.

Dövlət İmtahan Mərkəzinin cəmi aktivləri 38 milyon 332 min manat, cəmi kapitalı 35 milyon 198 min manat, cəmi öhdəlikləri isə 3 milyon 134 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər