5 C
Baku
Saturday, December 14, 2024

Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi ilə Anlaşma Memorandumu imzalayıb

Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədə bu gün Bakıda keçirilmiş “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forumda imza atılıb.

Memorandum insan resursları sahəsində əməkdaşlığı, dövlət qulluqçularının peşəkarlığının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi kimi məsələləri əhatə edir.

Forum dövlət orqanları və ali təhsil müəssisələrinin nümayəndələrinin panel çıxışları ilə davam edib. Burada “yaşıl iqtisadiyyat”, “yaşıl dünya” üçün “yaşıl təhsil”, hibrid təhsil, dövlət qulluğunda insan kapitalının inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzinin İdarə Heyətinin sədri vəzifələrini icra edən Aidə İbrahimova qurumun fəaliyyəti barədə təqdimatla çıxış edib.

Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov “Dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiqi” mövzusunda təqdimat edib. Çıxışda dövlət qulluğuna qəbul və fəaliyyətin qiymətləndirilməsində səriştə modeli və bu sahədə beynəlxalq təcrübə barədə məlumat verilib.

Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov isə “Təlimlər üzrə vahid elektron idarəetmə informasiya sistemi” adlı təqdimatla çıxış edib. E.Abbasov dövlət orqanlarında təlimlərə tələbat, təlimlərin elektron idarəedilməsi və qiymətləndirilməsi, hesabatlılığın təmin olunması barədə danışıb.

Forumun sonunda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər