10 C
Baku
Wednesday, November 27, 2024

Dövlət İmtahan Mərkəzi süni intellektdən istifadə edəcək

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu Dövlət İmtahan Mərkəzi (DİM) apardığı iş nəticəsində Mərkəz üçün Azərbaycan dilində “Chatbot” sistemi qurub.

Bunu İnstitutun baş direktoru, akademik Əli Abbasov bildirib.

Onun sözlərinə görə, tərəflər arasında bununla bağlı müqavilə imzalanıb və işlər bitmək üzrədir.

“İmtahanlar öncəsi DİM-ə olduqca çox müraciət – sual daxil olur. Məhz bizim süni intellekt əsaslı bu sistemimizdən istifadə etməklə onlar həmin suallara Azərbaycan dilində cavab vermək imkanı qazanacaqlar. Bundan əlavə əlyazmaların yoxlanması üçün biz DİM üçün ayrıca sistem tətbiq etmişik. Bu sistem də süni intellektin köməyi ilə tanınmanı təmin edəcək”, – deyə keçmiş nazir qeyd edib.

O, əlavə edib ki, hazırda süni intellekt əsaslı Çağrı Mərkəzinin qurulması istiqamətində bir sıra dövlət qurumları ilə danışıqlar gedir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər