Dövlət İmtahan Mərkəzi 2023-cü ili 3 milyon 739 min manat xalis mənfəətlə başa vurub. DİM 2022-ci ildə 1 milyon 623 min manat zərər etmişdir.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
2023-cü ildə DİM-in cəmi gəlirləri 39 milyon 114 min manat (illik müqayisədə 69% çox), o cümlədən əməliyyat gəlirləri 38 milyon 983 min manat, mal-material ehtiyatları üzrə qiymətdəndüşmənin bərpası üzrə gəlirləri 121 min manat təşkil edib.
31 dekabr 2023-cü il tarixinə “Dövlət İmtahan Mərkəzi”nin cəmi aktivləri 47 milyon 228 min manat olub ki, bu da illik müqayisədə 18.2% çoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılıb.