8 C
Baku
Tuesday, March 19, 2024

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT imtahanı keçiriləcək

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL IBT imtahanı keçiriləcək.

DİM-dən Banker.az-a bildirilib ki, TOEFL IBT imtahanı Mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

Saat 9.00-da başlanacaq imtahanda iştirak edəcək şəxslər saat 8.15-dək imtahan binasında olmalıdırlar. İmtahanda iştirak etmək istəyən 15 və daha aşağı yaş qrupuna aid uşaqlar valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL imtahanı haqqında ümumi məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu linkə http://dim.gov.az/activities/exams/toefl/ daxil olmaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər