2016-cı il 17 may tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102012496 ISIN kodlu, tədavül müddəti 182 gün olan 10,0 milyon manat və AZ0104013492 ISIN kodlu, tədavül müddəti 364 gün olan 10,0 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.
Maliyyə Nazirliyi tərəfindən 10,0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 94,3604 (gəlirlilik 12,0854%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların ödəmə müddəti 15 noyabr 2016-cı ildir.
Eyni zamanda, AZ0104013492 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 20,2 milyon manat təşkil etmişdir.
Maliyyə Nazirliyi tərəfindən 10,0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 89,4131 (gəlirlilik 11,9056%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların ödəmə müddəti 16 may 2017-ci ildir.