19 C
Baku
Friday, September 20, 2024

Dövlət istiqrazlarına tələb təklifi 3 dəfədən çox üstələyib

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105004755 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 100.0000 AZN (8.0000%) və 100.9128  AZN (7.500%) olan 13 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9128  (7.5000%), orta ölçülmüş qiyməti 100.9128  (7.5000%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64,481,500.00 AZN yerləşdirilmiş həcmi isə 20,000,000.00 AZN təşkil edilmişdir. İstiqrazların ödəmə müddəti 02.03.2021-ci ildir.

Hərrac iştirakçıları 6 mart 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Belə ki,  istiqrazlara tələbat onların hərraca çıxarılan həcmini 3 dəfədən də artıq üstələyib. 

Onu da qeyd edək ki, Maliyyə Nazirliyinin bir illik istiqrazlarından fərqli olaraq investorlar iki illik istiqrazlara bir qədər ehtiyatla yanaşırdılar. Yalnız bu ilin əvvəlindən həmin kağızlara real maraq artmağa başlayıb. Ötən ilin axırlarında isə həmin kağızlara sifarişlər bəzən təklifdən də aşağı olurdu.

 

 

 

Son xəbərlər
Digər xəbərlər