19 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105002882 ISIN-li, 50 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 91.3372 (12.0000%) və 100.9237 (6.5000%) olan 29 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.3826 (7.8900%), orta ölçülmüş qiyməti 99.0546 (7.5179%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 172 651 400 manat yerləşdirilmiş həcmi isə 75 000 000 manat təşkil edilmişdir. Bu hərracda da tələbin yüksəldiyindən, təklifi daha 50% (25 mln. manat) artırıblar.
İstiqrazların ödəmə tarixi 17 yanvar 2023-ci il.
Hərrac iştirakçıları 21 yanvar 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.