7 C
Baku
Friday, November 8, 2024

Dövlət istiqrazlarını xarici investorlar da əldə ediblər – PAŞA Kapital İ.Ş.

İngiltərənin bir bankı, eləcə də Polşadan olan investorlar Azərbaycanın dövlət istiqrazları bazarında aktiv fəaliyyətə başlayıblar.

Bunu Banker.az-ın sorğusuna cavab olaraq “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev keçirdiyi mətbuat konfrasında deyib.

“Bunların sayı 1000-lərlə deyil, amma var”, – deyə şirkət rəhbəri qeyd edib. Və bildirib ki, 10-a qədər belə bir müştəri var. “Korporativ istiqrazlara isə maraq çox azdır, yox səviyyəsindədir”.

Direktor əlavə edib ki, hazırda biz həmin investorlara vasitəçilik xidmətləri göstərilir. Milli Depozit Mərkəzi öz platformasını beynəlxalq depozit mərkəzlərinə inteqrasiya etdikdən sonra daha çox xarici investor Azərbaycan bazarına daxil olacağını əlavə edib.

“Onlar [xarici investorlar] əsasən rəqəmsal imkanlardan yararlanaraq almaq istəyirlər”.

 

Son xəbərlər
Digər xəbərlər