15 C
Baku
Tuesday, October 21, 2025

Dövlət istiqrazlarının gəlirliliyi son 22 ayın minmum səviyyəsinə düşüb

21 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, 1080 günlü Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçirilmişdir. 

Banker.az BFB-yə istinadən xəbər verir ki, son hərracda orta gəlirlilik 7.6 faizdən 7.4 faizə düşüb. Hərracda 9 investor və 23 sifariş olub.

Orta gəlirlilik sonuncu dəfə 2024-cü ilin yanvarında 7.9 faizin üzərinə yüksəlmişdi.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli, dövlət istiqrazları 
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ0201120042
İstiqrazların tədavül müddəti,

Qalıq (effektiv) gün

1080 gün,

1066 gün

Buraxılış həcmi 20,000,000 manat
Nominal dəyəri 100 manat
Minimal qiymət 95.1750 (9.5000%) manat
Maksimal qiymət 100.8218 (7.3000%) manat
Kəsmə qiyməti 100.2916 (7.5000%) manat
Ortaçəkili qiyməti 100.5540 (7.4008%) manat
Reallaşdırılmış həcmi 20,000,000 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 74,794,900.00 manat
İnvestor sayı 9
Sifarişlərin sayı 27
Ödəmə tarixi 07.10.2028
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC
Son xəbərlər
Digər xəbərlər