8 C
Baku
Friday, December 13, 2024

Dövlət Komitəsi “Sədərək” Ticarət Mərkəzini məhkəməyə verdi

Əmlak Məsələləri Dövlət Xidməti “Sədərək” Ticarət Mərkəzindən icarə müqaviləsi bağlanılmasını tələb edir.

Qurum iddia edir ki, Ticarət Mərkəzi dövlətə məxsus torpaq ərazisində fəaliyyət göstərməsinə baxmayaraq, bu müddət ərzində Komitəyə icarə pulu ödənilməyib.

ƏMDX artıq “Sədərək” barəsində məhkəmə iddiası da qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. İşə hakim İlham Əhmədovun sədrliyi ilə baxılır.

Mübahisə ilə bağlı maraqlı məqamlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə maraqlı şəxs qismində cəlb olunmasıdır. Belə ki, “Sədərək” firması bu günə qədər BŞİH-in sərəncamı əsasında fəaliyyət göstərirmiş.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur. Ərazisi 30 hektardan çox olan ticarət mərkəzinin rəhbəri tanınmış iş adamı Yunis Qədimbəylidir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər