Əmlak Məsələləri Dövlət Komitəsi 22 oktyabrda dövlət nəfinə müsadirə edilmiş əmlakları hərraca çıxaracaq.
Müxtəlif telefonlar, kompüter avadanlıqları, maldarlıq ferması və avtomobil müştərilərə təqdim olunacaq.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər.