Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.
O, 66 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub.
O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və universitetin aspiranturasında təhsil alıb.
2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.
2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri idi.