1 C
Baku
Monday, February 24, 2025

Dövlət mənzil fonduna aid binaların təmirinə 48.5 milyon manat ayrıldı

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2 tender elan edib.

Banker.az xəbər verir ki, 1-ci müqavilədə Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 24 500 000 manatdır.

2-ci müqavilədə isə Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur.

Bu müqavilənin dəyəri isə 24 000 000 manatdır.

Son xəbərlər
Digər xəbərlər