17 C
Baku
Friday, October 18, 2024

Dövlət Məşğulluq Agentliyi ötən ilin maliyyə nəticələrini açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2021-ci ili 96 milyon 422 min manat zərərlə başa vurub.

Banker.az bu barədə hesabata istinadən xəbər verir.

Dövlət Məşğulluq Agentliyinin ötən il əməliyyat xərcləri 73 milyon 794 min manat, ümumi və inzibati xərcləri 22 milyon 704 min manat, maliyyə xərcləri 4 min manat olub.

Dövlət Agentliyinin cəmi aktivləri 82 milyon 977 min manatdan 107 milyon 126 min manat, cəmi öhdəlikləri isə 114 min manatdan 599 min manata, cəmi kapitalı 83 milyon manatdan 107 milyon manata çatıb.

 

Son xəbərlər
Digər xəbərlər