6 C
Baku
Wednesday, January 7, 2026

Dövlət Məşğulluq Agentliyi 3 milyon manata ofis icarəyə götürəcək

Dövlət Məşğulluq Agentliyi ofis sahəsinin icarəsi üçün 3 milyon manata yaxın vəsait ayırdı.

Banker.az xəbər verir ki, “Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi Aparat və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı müqavilə bağlayıb.

Satınalma üzrə qalib Gülnarə Sultan qızı İbadova olub. Müqavilənin ümumi dəyəri 2 998 599 manat təşkil edir.

İcarə müddəti 24 ay nəzərdə tutulmuşdur.

Son xəbərlər
Digər xəbərlər