9 C
Baku
Thursday, December 12, 2024

Dövlət Məşğulluq Agentliyi 4 milyon manatlıq ev heyvanları alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi “Agro Best” QSC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə idxal inək, idxal qoyun, idxal qoç və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 4 140 900 manatdır.

Xatırladaq ki, “Agro Best” QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2010 manatdır və qanuni təmsilçisi Nahid Ələkbərovdur.

Son xəbərlər
Digər xəbərlər