Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi “Agro Best” Qapalı Səhmdar Cəmiyyəti ilə 7 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə İdxal inək, idxal qoyun, idxal qoç, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 7.044.690 AZN-dir.