Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 2-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 10-u, saat 15:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə iyunun 13-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.