Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi Xudaqulu Rzayev Əhət oğluyla müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı Regional Məşğulluq Filialı üçün ofis sahəsinin icarəsinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 795.600 manatdır.
Qeyd edək ki, Xudaqulu Rzayev Minera MMC müəssisəsinin təsisçisidir. Həmçinin, 2011-ci ildə təhsil sahəsində “Evrika” liseyini də təsis edib.