3 C
Baku
Sunday, March 2, 2025

Dövlət Məşğulluq Agentliyində yeni HR direktoru təyin edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinə yeni təyinat olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, Emil Hüseynov agentliyin İnsan resursları (ing: HR) departamentinin direktoru təyin edilib.

O, buna qədər agentliyin strukturunda olan şöbənin müdiri idi. Dövlət agentliyinə isə 2020-ci ilin iyununda gəlib. Buna qədər “Gilan Holding”in törəmə şirkətləri “Gilan FMCG” və “Gilan Agriculture” kimi şirkətlərdə HR departamenti direktoru kimi çalışıb.

Son xəbərlər
Digər xəbərlər