22 C
Baku
Friday, April 26, 2024

Dövlət müəssəsi yeni investora satıldıqdan sonra məhdud məsuliyyətli cəmiyyətə çevrilir

Bir vaxtlar dövlətə məxsus olan “Bakı fəhləsi maşınqayırma zavodu” ASC özəlləşdirildikdən sonra təşkilatı hüquqi formasını dəyişəcək.

Bu barədə Banker.az zavodun açıqlamasına istinadla bildirir.

“Bakı fəhləsi maşınqayırma zavodu”nun səhmdarlarının 31 avqust 2020-ci il tarixində saat 11-00-da ümumi yığıncaq keçriləcək.

Gündəlik məsələ kimi, ilin yekunununa dair maliyyə təsərrüfat fəaliyyətinin təhlili ilə yanaşı, zavodun açıq səhmdar cəmiyyətdən məhdud məsuliyyətli cəmiyyətə keçrilməsinin müzakirəsi də salınacaq.

Bir il öncə Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı fəhləsi maşınqayırma zavodu” ASC-nin səhmlərinin 97,83%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.

“Bakı neft maşınqayırma zavodu” 1900-cü ildə yaradılıb, Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində, E.Mehdiyev küçəsi, 10  ünvanında yerləşir. Səhmdar cəmiyyəti neft-mədən avadanlıqları və onların ehtiyat hissələrinin istehsalı ilə məşğuldur. Onun nizamnaməə kapitalı 22,3 milyon manatdır ki, bu məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 11,15 milyon ədəd sənədsiz, adlı səhm əsasında formalaşıb. Bu səhmlərdən 10 907 610 ədədi (21 815 220 manatlıq) investisiya müsabiqəsinə çıxarılıb.

Zavodun 75 işçisi var idi.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər