Şamaxıda fəaliyyət göstərən sosial xidmət müəssisəsi nizamnamə kapitalını 1000 manata endirir.
Banker.az xəbər verir ki, Şamaxı şəhərində yerləşən 2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsi nizamnamə kapitalının azaldılması ilə bağlı elan yayıb.
Müəssisənin açıqlamasına əsasən, nizamnamə kapitalı 2.431.279 manatdan 1.000 manata endirilir.
Qurumun qanuni təmsilçi Tamerlan Şərifzadə Yaşar oğludur. Müəssisə dövlət qeydiyyatına 19 may 2005-ci ildə alınıb.






