8 C
Baku
Monday, November 18, 2024

Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları dəyişib

Prezident İlham Əliyev “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə edilmiş dəyişiklikləri təsdiqləyib.

Banker.az xəbər verir ki, dəyişikliklərə əsasən, bundan sonra müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edəcək və onun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmasını təmin edəcək.

İndiyə qədər isə müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və təsis sənədlərini qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edirdi.

Son xəbərlər
Digər xəbərlər