3 C
Baku
Saturday, December 14, 2024

Dövlət Neft Fondu 10.44 milyard manatlıq gəlir etdiyini açıqladı

2020-ci ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 444,5 milyon manat, büdcə xərcləri isə 7 328,2 milyon manat təşkil edib.

Banker.az bu barədə ARDNF-in açıqlamasına istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsindən 8 178,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 384,4 milyon manat, bonus ödənişlərindən 772 milyon manat, tranzitdən 16,5 milyon manat, akrhesabı ödənişlərdən isə 5,3 milyon manat gəlir əldə edib. Fondun vəsaitin idarə olunmasından gəliri isə 2 266,3 milyon manat olub.

Hesabat dövründə ARDNF 2021-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 7 309,7 milyon manat vəsait transfert edib. “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,4 milyon manat yönəldib, idarə edilməsinə isə 15,1 milyon manat xərcləyib.

Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə büdcədənkənar xərcləri isə 1 990,6 milyon manat olub.

Beləliklə, ARNDF-in aktivləri bu ilin əvvəlindən 1,5% artaraq 44 226,4 milyon ABŞ dolları təşkil edib. Artım Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər