11 C
Baku
Wednesday, November 13, 2024

Dövlət Neft Fondu banklara 177,5 mln. dollar satıb

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib və Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Bu barədə Neft Fondundan məlumat verilib.

Bildirilib ki, hərraca çıxarılan vəsaitdən 177,45 mln. dollar məbləğində (təklifin 88,73%-i) vəsait 13 banka satılıb.

“İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək”, – deyə Fonddan qeyd olunub.

Report

Son xəbərlər
Digər xəbərlər