Bu gün Azərbaycan Dövlət Neft Fondu(ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Report Fonda istinadən xəbər verir ki, bu vəsaitdən 34 mln. dollar məbləğində vəsait 8 kommersiya bankına və 15 mln. dollar Azərbaycan Mərkəzi Bankına satılıb. Nəticədə, hərraca çıxarılan valyuta kütləsinin 49 mln. dolları və ya 98%-i alınıb.