-3 C
Baku
Sunday, December 15, 2024

Dövlət Neft Fondu bu gün hərraca daha $50 mln. çıxaracaq

Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü valyuta hərracında yenidən valyuta satışı həyata keçiriləcək. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hərraca 50 mln. ABŞ dolları çıxarması planlaşdırılır.

“Report”un analitik qrupu hesab edir ki, bugünkü hərracda tələbin təklifdən az olması ehtimal edilir. Belə olacağı halda, rəsmi məzənnənin 1,5100AZN/USD səviyyəsinə enməsi proqnozlaşdırılır. Nağd valyuta bazarında isə dollar satışının artması alış-satış məzənnəsinin aşağı enməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, bu həftədən etibarən xarici valyutaya olan tələbin azalması fonunda AMB valyuta hərraclarının sayını həftədə 3 dəfədən 2 dəfəyə endirib.

Report

Son xəbərlər
Digər xəbərlər