15 C
Baku
Friday, March 29, 2024

Dövlət Neft Fondu bu il 1,5 mlrd. dollar qazanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 1,538 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

Banker.az xəbər verir ki, bu barədə Fonddan Reporta məlumata verilib. Bu məbləğin 1,493 mlrd. dolları AÇG-dən mənfəət nefti, 45 mln. dolları isə “Şahdəniz” yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il mayın 1-dək ARDNF-yə AÇG-dən 118,502 mlrd. dollar, 2007-ci ildən “Şahdəniz” yatağından isə 2,488 mlrd. dollar vəsait daxil olub.

Son xəbərlər
Digər xəbərlər