Azərbaycan Dövlət Neft Fondu (ARDNF) mərkəzi ofisi Dubayda yerləşən özəl səhm fondundan pay alıb.
Bu barədə ARDNF-dən bildirilib. Məlumata görə, 2025-ci ilin ilk rübündə Fond “Azzurra Capital” şirkətinin idarə etdiyi “Azzurra Capital Fund I” özəl səhm fondunda 20 milyon avro həcmində iştirak payına sahib olub.
Xatırladaq ki, ARDNF səhm investisiyalarını şaxələndirməkdə davam edir. Fond bundan əvvəl, bu ilin fevral ayında İtaliyanın aparıcı yüksək sürətli dəmir yolu operatoru “İtalo”ya 34,5 milyon avro yatırım etdiyini açıqlamışdı.