12 C
Baku
Wednesday, December 11, 2024

Dövlət Neft Fondu iki vakant yer üzrə işçi qəbulu elan edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) rəsmi səhifəsində iki vakansiya elanı yerləşdirib.

Banker.az həmin iki vakansiyanı təqdim edir:

VAKANSİYA 1: Biznes əhəmiyyətli proqram təminatı inzibatçısı

ERP (Enterprise Resource Planning), BPM (Business Process Management), budgeting and forecasting, HR (Human Resources) və sair bu tipli proqram təminatlarından birinin və ya bir neçəsinin inzibatçılığını aparmış mütəxəssis tələb olunur.

Öhdəliklər:
  • Neft Fondunda quraşdırılmış investisiya proqram təminatının, mühasibatlıq və  insan resursları sistemlərinin, ödəniş sistemləri proqram təminatlarının biznes axınının öyrənilməsi;
  • İstifadəçilərə biznes proqram təminatları üzrə texniki dəstəyin verilməsi;
  • Təyin olunmuş biznes əhəmiyyətli proqram təminatının inzibatçılığının aparılması;
  • Sistemin yüklənməsi, konfiqurasiyası, inzibatçılığı və performansının təmini;
  • Yenilənmə və test işlərinin görülməsi;
  • Texniki inzibatçılar, biznes mütəxəssislər və rəsmi dəstək konsultantları arasında koordinasiyanın aparılması;
  • Sistemdəki problemlərin sənədləşdirilməsi, bilik bazasına yazılması və qeydiyyatı;
  • Proqram təminatının funksionallığında yaranmış problemlərin təyin edilməsi, onların texniki dəstəklə birlikdə aradan qaldırılması;
  • Proqram təminatının sistem tərtibatında və funksional imkanlarının tərtibində yaxından iştirak etmək,  biznes funksiyaların dəstəklənməsi və avtomatlaşdırılması üçün müxtəlif sistemlər üzərində inteqrasiyaları aparmaq;
  • Təyin olunmuş proqram təminatının lisenziyalarının, açarlarının xidmət müqaviləsi çərçivəsində qurulu olduğunun və yenilənmələrinin mütəmadi izlənilməsi;
  • Texniki işlərin qeyri-biznes saatlarında aparılması vaxtının təyini və yerinə yetirilməsi.
  • Proqram təminatında səlahiyət və təlimat əsasında verilmiş inzibatçılıq işlərini yerinə yetirmək;
  • Oracle məlumat bazası, Quering üzrə ilkin biliklərə sahib olmaq;
  • Proqram təminatları üçün hesabatların tərtibatı, Batch proseslərin qurulması;
  • Qurulmuş ehtiyat nüsxələrin çıxarılmasına nəzarət, gündəlik gələn biznes məlumatlarının yoxlanılması.
Tələblər:
Təhsil: Ali Təhsil, Bakalavr dərəcəsi (Biznes sistemləri, kompüter elmləri, informatika və ya oxşar sahələr üzrə)
Təcrübə: Uyğun sahə üzrə 3 ildən çox iş təcrübəsi.
Dil bacarığı: Azərbaycan, ingilis və rus dillərində mükəmməl danışıq, yazı və oxu bacarığı tələb olunur.
Ümumi peşəkar bacarıqlar:
  • Təşkilatçılıq,vaxtın idarə olunması və layihə idarəedilməsi qabiliyyəti;
  • Xüsusi analitik düşünmə qabiliyyəti;
  • Vendorlar üzrə qarşılıqlı biznes münasibətlərinin qurulması;
  • Texnoloji yeniliklərə açıq və daima öyrənmə həvəsi olmaq.
Peşə istiqaməti üzrə xüsusi bilik və təcrübə: 
  • SQL üzrə biliklər;
  • Portfelin idarə olunması üzrə iqtisadi biliklər;
  • Oracle system administratorluq üzrə təcrübəsi;
  • İnsan resursları və mühasibatlıq, ödəmə sistemləri üzrə iş təcrübəsi;
  • Sistemlərin inteqrasiyası üzrə iş təcrübəsi.

VAKANSİYA 2: İnvestisiya departamentinin Sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsinin treyderi

Öhdəliklər:
  • Ticarət strategiyasına uyğun sabit gəlirli qiymətli kağızların axtarılması, seçilməsi və alqı-satqısı;
  • Müxtəlif pul bazarları alətlərinin alqı-satqısı;
  • Kontragent banklarla əlaqələrin saxlanılması;
  • Maliyyə bazarlarına, investisiyalara və istiqrazlara dair məlumatların toplanması;
  • Portfeldə olan qiymətli kağızların gündəlik monitorinqi.
Tələblər:
  • Təhsil: Ali təhsil (maliyyə/iqtisadi/riyazi). Maliyyə/Biznesin idarə edilməsi sahəsində magistr dərəcəsi və ya CFA sahəsində nailiyyətləri olanlara üstünlük verilir;
  • Təcrübə: Beynəlxalq maliyyə bazarlarında 1 ildən çox analoji iş təcrübəsi;
  • Dil bacarığı: Azərbaycan və ingilis dillərində mükəmməl danışıq və yazı bacarığı vacibdir;
  • Kompüter bacarığı: Yüksək səviyyədə kompüter savadı. Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri;
  • Digər bacarıqlar:
    • Maliyyə bazarlarını, qiymətli kağızlara dair investisiyaları dərindən anlamaq. Müxtəlif tipli və strukturlu maliyyə alətlərini tanımaq və onları portfelin idarə edilməsinə tətbiq edə bilmək;
    • Portfelin qurulması və risklərin idarə edilməsi sahəsində biliyə sahib olmaq. Analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, beynəlxalq təşkilatlarla ünsiyyətqurma bacarığı.

Qeyd olunan vakansiyalarda maraqlı olan şəxlər Elektron anket formasından  istifadə edərək şəxsi anketinizi göndərə bilərsiz.

http://www.oilfund.az/az_AZ/karyera-imkanlari/vakansiya/elektron-anket-formasi.asp

Son xəbərlər
Digər xəbərlər