13 C
Baku
Friday, November 22, 2024

Dövlət Neft Fondu keçən il 8.3 mlrd. manat xalis mənfəət əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb və onun zərərdən mənfəətə keçdiyi məlum olub.

Banker.az xəbər verir ki, ARDNF 2023-cü ildə 8 milyard 309 milyon manat xalis mənfəət əldə edib. Halbuki, Fond 2022-ci ildə 5 mlrd. 366 mln. manat zərər etmişdi.

ARDNF-nin faiz gəliri 2023-cü ildə 176.25 milyon manat olub ki, bu da 2022-ci ildəki 71.45 milyon manatı 104.80 milyon manat və ya 146.66% üstələyir.

Fond səhmlər üzrə investisiyalardan illik müqayisədə 1.39 milyard manat və ya 66.51% artımla 3.48 milyard manat gəlir əldə edib.

Onun qızıldan gəliri 2023-cü ildə 1.73 milyard manat olmaqla 2022-ci ildəki 87.91 milyon manatı 1.64 milyard manat və ya 19 dəfə üstələyib.

Bununla da ARDNF-in hesabat müddəti üzrə ümumi əməliyyat mənfəəti 8.15 milyard manat olub. Fond öncəki ildə 4.95 milyard manat zərər etmişdi.

ARDNF-in məliyyat xərcləri isə 2023-cü ildə 76.55 milyon manat (illik: +2.12%) olub.

3244224234324324

Son xəbərlər
Digər xəbərlər