10 C
Baku
Friday, December 13, 2024

Dövlət Neft Fondu məzənnə dəyişməsindən 354 mln. qazanıb

Bu ilin yanvar-mart ayları ərzində AzərbaycanDövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2 023,1 mln. manat, büdcə xərcləri isə 1 946,7 mln. manat təşkil edib. 

Fonddan verilən məlumata görə, I rübdə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 874,3 mln. manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 1 869,8 mln. manat, bonus ödənişləri 0,1 mln. manat və tranzit gəlirləri 4,4 mln. manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 148,8 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-in büdcədənkənar gəliri 354,1 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində, ARDNF-in 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 660,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,4 mln. manat ayrılıb.

Hesabat dövürndə 5 mln. manat vəsait Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib.

Cənub Qaz Dəhlizi layihəsi üzrə isə 241,9 mln. manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,6 mln. manat təşkil edib.

Report

Son xəbərlər
Digər xəbərlər