2022-ci ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) yerləşdirilmiş vəsaitlərin idarəolunmasından daxil olmalar açıqlanıb.
Bu barədə Banker.az Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında rəyində qeyd edilib.
2021-ci il 31 dekabr tarixinə Azərbaycan Maliyyə Nazirliyinin Fonda idarəetməyə verdiyi vəsait qalığı 1 mlrd. 108 mln. ABŞ dolları olub, 2022-ci il ərzində Fond tərəfindən Maliyyə Nazirliyinə xalis olaraq 641.7 mln. ABŞ dolları məbləğində vəsait köçürülüb.
İl ərzində idarəetmədən 33 mln. ABŞ dolları məbləğində və ya 1.85% gəlir əldə olunması müşahidə edilib.