Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 3 lot üzrə açıq tender elan edir. Məlumata görə, tenderdə şəbəkə hücumlarını aşkarlamaq və mühafizə sistemi üzrə texniki xidmətin satınalınması, Radware lisenziyalarının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması, Qızıl külçələrinin çəkilməsi üçün Almaniyanın Sartorius şirkətinin GBB 14202S- 0CE model elektron tərəzisinin və həmçinin F1 və E2 sinifində olan etalon çəki daşları komplektinin satınalınması lotları üzrə keçirləcək.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.
Tender proseduru 25 may 2017-ci il yerli vaxtla saat 11.00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
• tenderdə iştirak etmək üçün ərizə;
• podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
• podratçının ixtisas göstəricilərinə dair məlumat;
• tender təklifi (tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə);
• podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.
Podratçılardan tələb olunan sənədlər 15 may 2017-ci il yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 24 may 2017-ci il yerli vaxtla saat 18.00-a qədər hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla ikiqat zərflərdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
İştirak haqqı hər bir lot üçün 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165.
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.
Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (əlaqələndirici şəxslər: Lot – 1-2 üzrə Nailə Məmmədli (dax.: 9005), Lot- 3 üzrə Rəhim Məmmədov (dax.: 7001), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025).