17 C
Baku
Friday, October 18, 2024

Dövlət Neft Fondu səhmlərdən 3.5 mlrd. manat gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2023-cü ildə səhmlər üzrə investisiyalarından əhəmiyyətli gəlir əldə edib.

Banker.az xəbər verir ki, Fondun konsolidasiya edilmiş maliyyə hesabatına əsasən, səhmlər üzrə investisiya gəlirləri 3.48 milyard manat təşkil edib.

Bu da 2022-ci ilin 2.09 milyard manat göstəricisindən 1.39 milyard manat və ya 66.51% çoxdur.

Hesabat dövründə səhm investisiyasının ümumi dəyəri 13.35 mlrd. manatdan 19.49 mlrd. manata yüksəlib.

Əsas sektorlar üzrə investisiya göstəriciləri:

  • Telekommunikasiya və informasiya texnologiyaları: 2023-cü ildə 5.62 milyard manat, 2022-ci ildə isə 3.14 milyard manat. Artım 2.48 milyard manat və ya 79.00%.
  • İstehlak sektoru: 2023-cü ildə 3.64 milyard manat, 2022-ci ildə isə 2.54 milyard manat. Artım 1.10 milyard manat və ya 43.21%.
  • Maliyyə sektoru: 2023-cü ildə 3.38 milyard manat, 2022-ci ildə isə 2.49 milyard manat. Artım 897.64 milyon manat və ya 36.09%.
  • Səhiyyə sektoru: 2023-cü ildə 2.14 milyard manat, 2022-ci ildə isə 1.71 milyard manat. Artım 428.84 milyon manat və ya 25.00%.
  • Sənaye sektoru: 2023-cü ildə 1.86 milyard manat, 2022-ci ildə isə 1.38 milyard manat. Artım 480.20 milyon manat və ya 34.82%.
  • Materiallar sektoru: 2023-cü ildə 1.06 milyard manat, 2022-ci ildə isə 743.22 milyon manat. Artım 316.35 milyon manat və ya 42.56%.
  • Enerji sektoru: 2023-cü ildə 883.00 milyon manat, 2022-ci ildə isə 758.47 milyon manat. Artım 124.53 milyon manat və ya 16.42%.
  • Kommunal xidmətlər sektoru: 2023-cü ildə 904.68 milyon manat, 2022-ci ildə isə 586.60 milyon manat. Artım 318.08 milyon manat və ya 54.23%.

 

Son xəbərlər
Digər xəbərlər