Dövlət Neft Fondu valyuta hərraclarında satdığı dolların məbləğini açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama verib.

Banker.az xəbər verir ki, ARDNF tərəfindən 2017-ci ilin sentyabr ayı ərzində 252,2 milyon məbləğində vəsait satılmışdır. Bu isə son 3 ayda ən aşağı göstəricidir.

Ümumilikdə, yanvar-sentyabr ayları ərzində ARDNF valyuta hərraclarında 2 milyard 485,72 milyon dollar satıb.

Xatırladaq ki, ARDNF tərəfindən, yanvar ayı ərzində – 285 mln. USD, mart ayı ərzində 250 milyon USD, fevral ayı ərzində – 258,4 mln. USD, aprel ayı ərzində – 220,8 mln. USD, may ayı ərzində 300,3 mln. ABŞ dolları, iyun ayı ərzində 373,2 milyon ABŞ dolları, iyul ayı ərzində 253,2 milyon ABŞ dolları və avqust ayı ərzində 292,6 milyon ABŞ dolları satılmışdı.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər