Azərbaycanda manatın məzənnəsinin qorunması üçün Mərkəzi Bankda Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayında da valyuta hərracları davam etdirildi.
Banker.az xəbər verir ki, yanvar ayında 727 milyon ABŞ dolları həcmində valyuta satıldı. Bu öncəki ayla müqayisədə azlmadır, lakin nəzərə almaq lazımdır ki, yanvar ayında bayramlar olduğuna görə və ya aylardakı (bildiyiniz kimi Mərkəzi Bank adətən həftənin çərşənbə axşamı və cümə axşamları keçirilir) təsadüfə görə iki hərrac az keçirildi. Məsələn dekabr ayında 9 valyuta hərracda 989.2 milyon dollar ABŞ valyutası satıldığı halda, yanvarda cəmi 7 valyuta hərracı keçirildi və yuxarıda qeyd edilən 727 mln. dollar satıldı. Dekabrda valyuta hərraclarında satılan ABŞ dolları 2020-ci ilin martndan bu tərəfə maksimal göstəricini vurdu. Sonuncu valyuta hərracında 84.2 milyon dollar satılması – yəni, öncəki aylardan az olması, ehtimal yaradır ki, dollar hərracının növbədən kənar keçirilməsi real deyil.
Hazırda banklar dollar satışını davam etdirir. Dollar/manat cütlüyü üçün bankların satış qiyməti isə 1.7020-1.7025 aralığındadır.
Qeyd edək ki, ARDNF tərəfindən banklara 2021-ci ildə 6 milyard 691 milyon ABŞ dollarında xarici valyuta satmışdı.
Azərbaycanda son günlərdə ABŞ dollarının alışına xarici bazarlara müəyyən psixoloji reaksiya kimi maraq çoxalıb. Bunun nəticəsində də yanvarın bəzi həraclarında 116.4 milyon ABŞ dollarında valyuta tələbi yarandı.
AMB açıqlamışdı ki, yanvarın əvvəlində qeyri-iş günləri ilə əlaqədar tələbin həcmi 2 hərrac əvəzinə 1 hərrac keçirilməsi amili ilə formalaşsa da, 2 hərrac üzrə nəzərdə tutulan təklif məbləği tam satılmayıb.
Dövlət rəsmləri isə ilin başlamazdan öncə manatın məzənnəsinin sabitliyi üçün önəmli sayılan, ölkənin ixracının böyük hissəsini təşkil edən neftin barelinin qiymətləri 90 dollar ətrafında dəyişir. Halbuki, 2022-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Mərkəzi Bank ilin əvvəli valyuta hərracında qısaca açıqlama verərək “2022-ci ildə də proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı daxili valyuta bazarının tarazlığını dəstəkləyəcək” bildirmişdi..