11 C
Baku
Monday, November 25, 2024

RƏSMİ: Dövlət Neft Fonduna 450 milyon dollarlıq ilk bonus ödənilib

2018-ci il yanvarın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

Banker.az-a bu barədə ARDNF-dən məlumat daxil olub.

Məlumatda deyilir ki, saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən ARDNF-ə ümumilikdə 3,6 mlrd. ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.

“Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları Azərbaycan (“ACG”)  Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS.və Türkiye Petrolleri A.O. şirkətləridir.

Son xəbərlər
Digər xəbərlər