2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 4 579,1 milyon manat təşkil edib.
Transfertin həcmi proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib.
Cari il ARDNF-dən dövlət büdcəsinə transfert 14 mlrd. 481 mln. manat nəzərdə tutulub.