2 C
Baku
Saturday, December 14, 2024

Dövlət Neft Fondunun 1 mlrd. dollara yaxın gəlir gözləntisi

Gələn il Azərbaycan Dövlət Neft Fondunun büdcəsinin 4 214,9 mln. manat profisitlə icra ediləcəyi gözlənilir.

Banker.az Report-a istinadla bildirir ki, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin büdcəsində Fondun baza göstəriciləri dövlət büdcəsində olduğu kimi, yəni neftin qiyməti 60 dollara bərabər götürülüb.

“ARDNF-in 2019-ci il üçün gəlirləri 2018-ci ilin proqnozundan 1,8% çox – 15 579,2 mln. manat, xərcləri isə 2018-ci ilin proqnozundan 0,7% az – 11 364,3 mln. manat məbləğində nəzərdə tutulur”, – deyə Ş.Mövsümov qeyd edib.

İcraçı direktorun sözlərinə görə, gəlirlərin strukturunda Azərbaycanın payına düşən mənfəət neftinin və qazının satışından əldə edilən xalis gəlirlər xüsusi çəkiyə malik olacaq: “Bu istiqamət üzrə gəlirlər 13,218 mlrd. manat təşkil edəcək. Fondun vəsaitlərinin idarə olunmasından isə 1,571 mlrd. manat (bu günki məzənnə ilə 924 mln. ABŞ dolları) gəlir əldə edilməsi proqnozlaşdırılır. Bu da 2018-ci ilin proqnozundan 29,2% çoxdu

Son xəbərlər
Digər xəbərlər