10 C
Baku
Thursday, December 12, 2024

Dövlət Neft Fondunun 2016-cı il büdcəsində dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli 719 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli 719 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, №12, maddə 1473) aşağıdakı dəyişikliklər edilib:

1-ci hissədə “6 711 564,1” rəqəmləri “4 578 474,6” rəqəmləri ilə və “8 181 399,7” rəqəmləri “10 668 933,7” rəqəmləri ilə əvəz edilib.

2-ci hissədə verilmiş cədvəlin 2.1-ci bəndində “6 094 053,0” rəqəmləri “3 875 682,4” rəqəmləri ilə, 2.2-ci bəndində “2 100,0” rəqəmləri “3 402,0” rəqəmləri ilə, 2.3-cü bəndində “12 600,0” rəqəmləri “19 278,0” rəqəmləri ilə, 2.4-cü bəndində “602 790,1” rəqəmləri “679 950,2” rəqəmləri ilə, 2.5-ci bəndində “21,0” rəqəmləri “162,0” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “6 711 564,1” rəqəmləri “4 578 474,6” rəqəmləri ilə əvəz edilib.

3-cü hissədə verilmiş cədvəl aşağıdakı redaksiyada verilib:

Sıra №-si Xərc istiqamətləri Xərclərin məbləği(min manat)
3.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 90 000,0
3.2. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert 7 615 000,0
3.3. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 70 000,0
3.4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi 137 621,7
3.5. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi 36 558,0
3.6. Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi 2 355 318,0
3.7. Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi 331 776,0
3.8. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 32 660,0
Cəmi 10 668 933,7

Fərmanın 5-ci bəndi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” aşağıdakı redaksiyada verilsin: Azərbaycan Respublikası Dövlət Neft Fondunun

2016-cı ildə idarə edilməsi ilə bağlı

X Ə R C L Ə R  S M E T A S I

Sıra №-si Xərclər Kod Məbləğ
Əməyin ödənişi 210000 6,078,280
Malların (işlərin və xidmətlərin) satın alınması 220000 4,273,448
Qrantlar və digər ödənişlər 260000 636,700
Təqaüdlər və sosial müavinətlər 270000 100,000
Digər xərclər 280000 11,245,950
5.1. İcarə və muzdlu xidmətlər 281400 86,000
5.2. Sair xərclər 282100 8,397,950
5.3. Bank xərcləri 282300 2,762,000
Qeyri-maliyyə aktivlərinin alınması 310000 10,325,623
XƏRCLƏRİN CƏMİ 32,660,000

Report

Son xəbərlər
Digər xəbərlər