Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) 2018-ci il büdcəsinin təsdiqinə dair fərman imzalayıb.
Fərmana görə, ARDNF-nin 2018-ci il büdcəsinin gəlirləri 11 559 956,2 min manat, xərcləri isə 9 730 221,8 min manat məbləğində təsdiq edilib.
Müəyyən edilsir ki, ARDNF-nin 2018-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si | Gəlir mənbələri | Gəlirlərin məbləği
(min manat) |
2.1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 9 723 786,1 |
2.2. | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri | 3 612,0 |
2.3. | Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 16 340,0 |
2.4. | Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər | 1 042 046,1 |
2.5. | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar | 774 172,0 |
Cəmi | 11 559 956,2 |