2 C
Baku
Saturday, December 14, 2024

Dövlət Neft Fondunun 2018-ci il büdcəsinə dəyişikliklər edilib

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2018-ci il büdcəsinə dəyişikliklər edilib.

Fərmana uyğun olaraq 2018-ci il büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Neft Fondunun 2018-ci il büdcəsində Azərbaycan Respublikasının payına düşən  karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 9 723 786,1 min manatdan                    13 307 411,0 min manata qədər, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər                   3 612,0 min manatdan 4 080,0 min manata, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 16 340,0 min manatdan 17 370,0 min manata, valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 1 042 046,1 min manatdan 1 216 734,8 min manata, neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonus gəlirləri 774 172,0 min manatdan 765 228,1 min manata qədər və  Fondun 2018-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi 11 559 956,2 min manatdan 15 310 823,9 min manata qədər artırılıb.

 

Fərmana əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 9 216 000,0 min manatdan 10 966 000,0 manata qədər artırılıb.

Neft Fondunun 2018-ci il üçün büdcə xərclərinin ümumi həcmi 9 730 221,8 min manatdan                 11 480 221,8 min manata qədər artırılıb.

Son xəbərlər
Digər xəbərlər