16 C
Baku
Thursday, May 2, 2024

Dövlət Neft Fondunun 2023-cü il büdcəsinə dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” 30 dekabr 2022-ci il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, ARDNF-in büdcə gəlirləri ilə bağlı proqnoz 8 990.9 milyon manatdan 16 337.5 milyon manata, büdcə xərcləri ilə bağlı proqnoz isə 11 392.3 milyon manatdan 11 850 milyon manata çatdırılıb.

Son nəticədə Fondun büdcəsində gözlənilən 2 401.4 milyon manat kəsir 4 487.5 milyon manat qalıqla əvəz edilib.

Bu il ARDNF-dən dövlət büdcəsinə nəzərdə tutulan transfertin məbləği isə 11 280 milyon manatdan 11 737.7 milyon manata çatdırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər